ATU-dan magistr olmaq istəyənlərə ŞANS: qəbul yerləri elan olundu

Hazırda oxunan: ATU-dan magistr olmaq istəyənlərə ŞANS: qəbul yerləri elan olundu

613963

Azərbaycan Tibb Universitetində (ATU) 2026–2027-ci tədris ili üzrə magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan edilib.

Bizim.Media xəbər verir ki, Universitetin mətbuat xidmətindən verilən məlumata görə, qəbul planına əsasən, ümumilikdə 8 ixtisas üzrə 203 yer nəzərdə tutulub.
 

Budəfəki qəbulun əsas üstünlüklərdən biri ondan ibarətdir ki, burada yalnız ənənəvi istiqamətlər deyil, ölkəmizin səhiyyə sistemi üçün xüsusi aktuallıq kəsb edən yeni ixtisaslaşmalar da əhatə olunub.


Həm ixtisas üzrə ümumi qəbul sayı, həm də hər bir ixtisaslaşma üzrə ayrılmış yer sayı barədə linkə daxil olmaqla, daha ətraflı məlumat əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin