Vensan Abubakar "Neftçi"dən ayrıla bilər.
Bizim.Media xəbər verir ki, kamerunlu forvardın yenidən Türkiyəyə geri dönəcəyi gözlənilir.
Təcrübəli hücumçuya bu ölkənin 1-ci liqa klubları maraq göstərir. Daha dəqiq desək, "Bursaspor" Abubakarı heyətinə qatmaqda israrlıdır.
Onun "Neftçi" ilə müqavilə müddəti gələn ayın sonunda başa çatacaq. 33 yaşlı futbolçu Türkiyə klubuna azad agent kimi keçə bilər.
Qeyd edək ki, Abubakar “Neftçi”nin heyətində 18 oyun keçirib, 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media






































































































