Türkiyədə silahlı hücum: qarşısına çıxanı güllələdi - VİDEO

Hazırda oxunan: Türkiyədə silahlı hücum: qarşısına çıxanı güllələdi - VİDEO

613980

Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda silahlı şəxs atəş açaraq dörd nəfəri qətlə yetirib, səkkiz nəfəri isə yaralayıb.

Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, əldə edilən məlumata görə, hadisə Tarsus rayonunun Kadelli Dörtler məhəlləsində baş verib.

İddiaya görə, şübhəli şəxs “M.Ö.) Sabri Pana məxsus restorana gələrək silahdan atəş açıb. Atəş nəticəsində restoranın sahibi Sabri Pan çatdırıldığı xəstəxanada, məkanın işçisi Ahmet Ercan Can isə hadisə yerində dünyasını dəyişib.
 

Avtomobillə qaçan silahlı şəxs Kaburgediği məhəlləsi ərazisində heyvan otaran gənclərdən Yusuf Oktayı, Yenimahalle ərazisində isə evinin yaxınlığında olan yük maşınının sürücüsü Abdullah Kocanı da öldürüb. Şübhəli şəxs bu zaman hərəkət etdiyi yol boyu daha 8 nəfəri yaralayıb.


Hadisə yerlərinə çoxlu sayda jandarm və tibb qrupları cəlb edilib. Təhlükəsizlik qüvvələri ətrafda geniş təhlükəsizlik tədbirləri görərkən, şübhəlinin yaxalanması üçün helikopterin dəstəyi ilə əməliyyatların davam etdiyi bildirilib.

Silahlı şəxsin açdığı atəş nəticəsində indiyədək 4 nəfərin həyatını itirdiyi, 8 nəfərin yaralandığı və yaralıların sayının arta biləcəyi öyrənilib. Yaralılar təcili tibbi yardım maşınları ilə rayon dövlət xəstəxanasına gətirilərək müalicə altına alınıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin