Mikola Kalaşnik: “Rusiyanın Kiyevdə dağıntığı obyektlərin 80 faizini bərpa etmişik”

Hazırda oxunan: Mikola Kalaşnik: “Rusiyanın Kiyevdə dağıntığı obyektlərin 80 faizini bərpa etmişik”

613957

"Biz zədələnən infrastrukturun 80%-ni bərpa etdik".

Bu sözləri Bizim.Media-ya açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13)Ukraynanın Kiyev şəhərinin Regional Dövlət Administrasiyasının rəhbəri Mikola Kalaşnik qeyd edib.

"Hər kəsin bildiyi kimi, Azərbaycan Ukraynanın etibarlı tərəfdaşıdır. Dəstəyinizə görə çox minnətdarıq. Təmsil etdiyim Kiyev regionu haqqında danışsaq, Rusiyanın tammiqyaslı hərbi təcavüzünün nəticələrinə görə tamamilə məhv edilmiş və ya zədələnmiş 30.000-dən çox infrastruktur obyektimiz var.
 

Lakin Kiyev regionu infrastrukturun bərpasında ən yüksək mövqelərdən biridir. Biz artıq infrastrukturun 80%-dən çoxunu, yəni təxminən 24-25.000 obyekti bərpa etmişik və "daha yaxşısını yenidən qur"prinsipini rəhbər tutaraq, şəhəri əvvəlkindən daha yaxşı etmək bizim üçün vacibdir".


Nümayəndə qeyd edib ki, Ukrayna bu forumda, həm təcrübə qazanmaq, həm də beynəlxalq tərəfdaşlarla təcrübə mübadiləsi aparmaq üçün iştirak edir.

"Ukrayna Prezidenti Volodimir Zelenskinin liderliyi sayəsində nazirliklərin və beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə bizim bərpa olunmaq imkanımız var".

Nəzrin Mirzəyeva, Vüqar Ağayev Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin