Tramp: “Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ məndən xahiş etdi ki…”

Hazırda oxunan: Tramp: “Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ məndən xahiş etdi ki…”

614027

İrana çox böyük bir hücum etməyə hazırlaşırdıq.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, planlaşdırılan hücum bir müddətlik, bəlkə də tamamilə təxirə salınıb.

“Əlbəttə ki, İranla çox ciddi müzakirələr aparırıq. Hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələr məndən qısa müddətlik təxirə salmağı xahiş etdilər. Çünki onlar razılaşmaya çox yaxın olduqlarını düşünürlər.

Əgər İranın nüvə silahı əldə etməsinin qarşısını razılaşma yolu ilə ala bilsək, bu bizi qane edər. Son günlər razılaşmaya yaxınlaşdığımızı düşünürdük. Bu baş tutmadı, amma bu dəfə vəziyyət bir qədər fərqlidir. İndi, artıq çox böyük bir yola qədəm qoyuruq”, – deyə Tramp vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin