Ukrayna Baş nazirinin müavini: “Qarabağdakı yenidənqurma bizim üçün çox dəyərli modeldir” - VİDEO

Hazırda oxunan: Ukrayna Baş nazirinin müavini: “Qarabağdakı yenidənqurma bizim üçün çox dəyərli modeldir” - VİDEO

613967

“Mən çox şadam ki, biz bu gün Azərbaycan pavilyonunda, Şuşanın və bütövlükdə Qarabağın, Şərqi Zəngəzurun bərpasına həsr olunmuş bu stenddəyik”.

Bizim.Media xəbər verir ki, bu sözləri WUF13-də iştirak edən Ukrayna Baş nazirinin yenidənqurma üzrə müavini və icmalar və ərazilərin inkişafı naziri Aleksey Kuleba jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası təcrübəsi bu gün bütün dünya üçün çox mühüm örnəkdir. İlk növbədə, ona görə ki, bərpa işləri "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyaları əsasında, yaşıl enerji zonası konsepsiyası əsasında həyata keçirilir.
 

Yəni, sıfırdan müasir, ekoloji, dayanıqlı və insan üçün rahat olan bir infrastruktur qurulur. ​İkincisi isə, bu bərpa prosesi çox böyük sürətlə aparılır. Biz görürük ki, cəmi bir neçə il ərzində Füzulidə, Zəngilanda müasir hava limanları tikilib, yollar salınıb, Şuşada böyük bərpa işləri görülüb, insanlar artıq öz doğma yurdlarına, məsələn, Ağalı kəndinə, Talış kəndinə, Laçına, Füzuliyə qayıdırlar. Bu, "Böyük Qayıdış" proqramının uğurla icra olunduğunu göstərir.


​Ukrayna üçün də bu təcrübə çox maraqlıdır. Çünki Ukrayna da gələcəkdə öz dağıdılmış şəhər və kəndlərini bərpa etməli olacaq və Azərbaycanın bu modern, texnoloji bərpa yanaşması bizlər üçün, eləcə də münaqişələrdən zərər çəkmiş digər ölkələr üçün çox dəyərli bir modeldir”.


Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin