ABŞ-ın Kolorado ştatının Səhiyyə və Ətraf Mühit Departamentindən verilən məlumata görə, Duqlas dairəsinin sakinində hantavirusa ölümcül yoluxma halı qeydə alınıb.
Bizim.Media “News.ru”ya istinadla xəbər verir ki, səlahiyyətli şəxslər bu hadisənin "MV Hondius" kruiz gəmisində baş verən xəstəlik alovlanması ilə heç bir əlaqəsinin olmadığını aydınlaşdırıblar.
Departament Duqlas dairəsinin yetkin sakinində ölümlə nəticələnən təsdiqlənmiş hantavirus infeksiyası hadisəsini araşdırır. Departament bildirib ki, bu hadisə “MV Hondius” kruiz gəmisində baş verən epidemiya ilə əlaqəli deyil.
Ştat rəsmiləri vurğulayıblar ki, "Sin Nombre" hantavirusuna yoluxma halları Koloradoda, xüsusilə yaz və yay aylarında mütəmadi olaraq qeydə alınır. Xəstəlik ölüm də daxil olmaqla ağır fəsadlara səbəb ola bilər.
Departamentin məlumatına görə, virusun əsas daşıyıcısı maral siçanıdır. Bununla belə, əhali üçün yoluxma riski aşağı qiymətləndirilir.
Bizim.Media

































































































