Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək.
Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq. Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən abituriyentlər iştirak edə bilərlər. Həmin abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər.
Bundan əlavə, qeyd olunan şəhər və rayonlar üzrə 25-26 may tarixlərində təhsil aldıqları məktəbə müraciət edən şagirdlər (cari və əvvəlki illərin IX sinif şagirdləri) 21 iyunda ...