ABŞ Prezidenti Donald Tramp İranla hərbi qarşıdurma ehtimalının azalması fonunda dünya bazarında neftin qiymətinin kəskin aşağı düşdüyünü bildirib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth” sosial hesabında paylaşım edib.
“Neftin qiyməti sürətlə aşağı düşür. Bir barelin qiyməti təxminən 10 dollar ucuzlaşıb. Bu, rekord göstəricidir. Çünki insanlar İranla müharibənin olmayacağını düşünürlər. İran mümkün qədər tez razılaşma əldə etmək istəyir. Bu, mümkündür”, – deyə ABŞ Prezidenti yazıb.
Bizim.Media


































































































