Rusiyada “Samara” neft stansiyası yanır – Foto

Hazırda oxunan: Rusiyada “Samara” neft stansiyası yanır – Foto

645509

Rusiyanın Samara vilayətində yerləşən “Samara” neft stansiyasına noyabrın 2-nə keçən gecə hücum edildiyi ehtimal olunur. Hadisədən sonra stansiyanın ərazisində güclü yanğın başlayıb və qara tüstü yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə “Astra” nəşri məlumat yayıb.

Yerli sakinlər partlayış səsləri eşitdiklərini və stansiyanın üzərində tüstü gördüklərini bildiriblər. Rəsmi qurumlar isə hücumla bağlı açıqlama verməyiblər.

Məlumata görə, 71 rezervuardan ibarət stansiyanın neft saxlama həcmi 1,6 milyon kubmetrdən çoxdur. Obyekt oktyabr ayında da bir neçə dəfə hücuma məruz qalıb və ərazidə yanğınlar qeydə alınıb.

Rusiyada “Samara” neft stansiyası yanır – Foto - foto 1
Rusiyada “Samara” neft stansiyası yanır – Foto - foto 2
Rusiyada “Samara” neft stansiyası yanır – Foto - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin