Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak etdi - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak etdi - FOTO

645017

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

"Park türk xalqlarının ortaq tarixi və mədəni irsini, zəngin sivilizasiya ənənələrini və ümumi dəyərlərini təcəssüm etdirir. Bu təşəbbüs türk dövlətləri arasında mədəni əlaqələrin gücləndirilməsinə, xalqlar arasında qarşılıqlı anlaşma, həmrəylik və əməkdaşlığın təşviqinə töhfə verir", – paylaşımda qeyd edilib.
 

 

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin