Pensiyalar nə qədər artırılacaq?

Hazırda oxunan: Pensiyalar nə qədər artırılacaq?

644736

Azərbaycanda hər il əmək pensiyaları artırılır. Bu artım pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. 2027-ci ildə də pensiyaların artırılması gözlənilir.

Bəs gələn il pensiyalar nə qədər arta bilər və pensiyaçılar hansı məbləğdə pensiya alacaqlar?

Mövzu barədə fikirlərini Bizim.Media ilə bölüşən deputat Vüqar Bayramov deyib ki, növbəti ildən etibarən pensiyaların indeksləşdirilərək artırılması yeni mexanizmlə həyata keçiriləcək:

“Belə ki, orta aylıq əməkhaqqı məbləğinədək olan pensiyalar tam indeksləşdiriləcək. Söhbət hazırda 1200 manat və 1200 manatadək olan pensiyaların tam indeksləşdirilməsindən gedir.
 

1200 manatadək olan pensiyalar bu il, yəni 2026-cı ildəki orta aylıq əməkhaqqının artım faizinə uyğun indeksləşdirilərək artırılacaq. 1200 manatdan 5000 manatadək olan pensiyalarda artımın hesablanması, indeksləşdirilməsi zamanı 0.5 əmsalı, 5000 manatdan artıq olan pensiyalarda 0.2 əmsalından istifadə olunacaq.


Pensiyaların neçə faiz artırılması birbaşa 2026-cı ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun reallaşacaq. Yəni 2026-cı ildə orta aylıq əməkhaqqı nə qədər artacaqsa, ona uyğun olaraq da biz növbəti il pensiya məbləğlərinin indeksləşdirilərək artırılmasını müşahidə edəcəyik”.

Onun sözlərinə görə, pensiya artımları 2027-ci il yanvarın 1-dən hesablanacaq və bütün növ əmək pensiyalarını əhatə edəcək.

“Artım yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlara şamil olunacaq. Ümumilikdə, 1 milyon 100 min vətəndaşın pensiya məbləğində artım nəzərdə tutulur”, - deyə parlament üzvü fikrini tamamlayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin