Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olundu - FOTO

Hazırda oxunan: Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olundu - FOTO

644992

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.

Görüşdə Azərbaycan ilə Keniya arasında əlaqələrin inkişafı, prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın genişləndirilməsi və 2024-cü ilin sentyabrında imzalanmış Anlaşma Memorandumunun icrası məsələləri müzakirə olunub.
 

Baş prokuror iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın praktiki məzmununun zənginləşdirilməsinin, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.


Renson Mulele İnqonqa beynəlxalq və regional tədbirlər çərçivəsində, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyasının Afrika və Hind okeanı regionu üzrə məsələlərdə Azərbaycan Prokurorluğu tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək, qurumlar arasında peşəkar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin