“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxıldı

Hazırda oxunan: “Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxıldı

644920

“Asaval-Dasavali” qəzetinin jurnalisti Dito Çubinidze 4 min lari girov qarşılığında azadlığa buraxılıb.

Bizim.Media xəbər verir ki, “Netgazeti”nin məlumatına görə, Gürcüstan Apellyasiya Məhkəməsinin qərarı ilə jurnalistin barəsində həbs qətimkan tədbiri girovla əvəz edilib.

Dito Çubinidze azadlığa buraxıldıqdan sonra onu müdafiə edən dostu Zaza Xatişviliyə, Gürcüstan ictimaiyyətinə və xaricdən göstərilən təzyiqə görə təşəkkür edib. O, həqiqət uğrunda mübarizəsində qalib gəldiyini bildirib və işin Strasburq Məhkəməsinə qədər gedə biləcəyini qeyd edib.

Xatırladaq ki, Gürcüstan Baş Prokurorluğu “Asaval-Dasavali” qəzetinin jurnalisti Dito Çubinidzeni vətənə xəyanət, konkret olaraq təxribat ittihamı ilə saxlamışdı.

İstintaqla müəyyən edilib ki, Dito Çubinidze 2026-cı ilin fevral ayından etibarən müxtəlif media vasitələri və sosial platformalar vasitəsilə sistemli şəkildə yalan məlumatlar və dezinformasiya yayıb, uydurma faktlara əsaslanaraq Gürcüstan Baş nazirinin qonşu dövlətlə bağladığı gizli razılaşma yolu ilə guya “Keşikçidağ” (David Qareci) monastır kompleksinin bir hissəsini Azərbaycan Respublikasına verdiyini iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin