Ermənistanın Ədliyyə Nazirliyi gözlənilməz hallar baş verməzsə, yeni Konstitusiya layihəsini 2026-cı ilin noyabrında dərc etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Srbuhi Qalyan bildirib.
Onun sözlərinə görə, layihənin ictimai müzakirəsi qanun layihələri üçün nəzərdə tutulan prosedur əsasında aparılacaq. Lakin sənədin əhəmiyyəti və həcmi nəzərə alınaraq müzakirələr daha geniş və uzunmüddətli olacaq.
Qalyan hakimiyyətin mövcud Konstitusiyadan yalnız ayrı-ayrı müddəaları çıxarmaq deyil, tamamilə yeni Konstitusiya hazırlamaq niyyətində olduğunu bildirib.
Bizim.Media

- A-
- A
- A+
Region
19:53 / 29.10.2026
Ermənistanda yeni Konstitusiya layihəsi BU TARİXDƏ açıqlanacaq
Hazırda oxunan: Ermənistanda yeni Konstitusiya layihəsi BU TARİXDƏ açıqlanacaq
Hazırda oxunan: Ermənistanda yeni Konstitusiya layihəsi BU TARİXDƏ açıqlanacaq
644988
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































