Daha bir tiktoker cəzalandırıldı - FOTO

Hazırda oxunan: Daha bir tiktoker cəzalandırıldı - FOTO

644996

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. 

Bizim.Media "Unikal"a istinadən xəbər verir ki, Göyçay şəhər sakini 1993-cü il sakini Hümbətova Fidan Mahir qızı Tiktokda qeyri-etik yayımlarına görə polis tərəfindən saxlanılıb. 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci  (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Göyçay rayon məhkəməsinə göndərilib. 

Göyçay Rayon Məhkəməsinin yekun qərarı ilə Fidan Hümbətova 500 manat pul cəriməsi edilib.

Daha bir tiktoker cəzalandırıldı - FOTO - foto 1


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin