Bakıdakı bazarlarda meyvə-tərəvəzin qiyməti artıb. Artım bölgələrdən də yan keçməyib. Yerindən baha alınan məhsul alıcıya da baha təklif olunur.
Bizim.Media xəbər verir ki, piştaxtaları bəzəyən mövsümi məhsullar bol olsa da, qiymət yüksəkdir.
Satıcılar bildirirlər ki, bu il məhsul ötən illərə nisbətdə bahadır. Qiymətlərdə minimum bahalaşma kiloqramında 50 qəpikdən çoxdur.
Satıcılar bildirir ki, qiymətlərin baha olmasının səbəbi müxtəlifdir. Onlar bahalaşmanın hələ davam edəcəyini bildirirlər. Alıcılar isə ən çox bahalaşmanın meyvələrdə müşahidə edildiyini bildirir.
İstehsalçılar isə bildirirlər ki, paytaxt bazarlarında məhsulun rayon qiymətindən daha baha satılması daşıma və digər xərclərin meyvə-tərəvəzin üzərinə gəlməsinə görə yaranır.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media































































































