Ukraynanın energetika naziri İlham Əliyevə təşəkkür etdi

Hazırda oxunan: Ukraynanın energetika naziri İlham Əliyevə təşəkkür etdi

644934

Xəbər verdiyimiz kimi, Azərbaycan Ukraynaya ümumi dəyəri 1,47 milyon dollardan çox olan enerji avadanlıqlarından ibarət növbəti humanitar yardım partiyası göndərib. Ukraynanın Energetika Nazirliyinin məlumatına əsasən yükə enerji sisteminin Rusiya hücumlarından sonra bərpası üçün 9 güc transformatoru, 186 kilometr elektrik kabeli və digər həyati əhəmiyyətli avadanlıqlar daxildir.

Bizim.Media xəbər verir ki, Ukrayna baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal Azərbaycan Prezidenti İlham Əliyevə və ölkənin Energetika Nazirliyinə Ukraynanın enerji sektoruna sistemli dəstəyə görə təşəkkür edib.

“Enerji avadanlıqlarının yeni partiyası tərəfdaşlarımızın Ukraynanın enerji dayanıqlığına və artıq beşinci müharibə qışı ərəfəsində insanların dəstəklənməsinə mühüm töhfəsidir”, – deyə Şmıqal bildirib.

Nazirliyin məlumatına görə, Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri nazirliyin logistika mərkəzləri vasitəsilə Azərbaycandan Ukraynaya ümumi çəkisi 2432,4 tondan çox olan 159 humanitar yardım yükü daxil olub.

Göndərilən avadanlıqlar arasında güc transformatorları, transformator yarımstansiyaları, generatorlar, elektrik kabelləri və enerji infrastrukturunun bərpası üçün zəruri olan digər avadanlıqlar var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin