Siyəzəndə ünvanlı sosial yardıma görə qayınata kürəkənini döydü

Hazırda oxunan: Siyəzəndə ünvanlı sosial yardıma görə qayınata kürəkənini döydü

644960

Siyəzən rayonunda ünvanlı sosial yardıma görə qayınata kürəkəninə xəsarət yetirib.

Bizim.Media xəbər verir ki, şəhər sakini olan Orxan Məmmədov (soyad şərtidir - red.) bir müddət əvvəl həbs edilib və cəzasının müəyyən hissəsini çəkəndən sonra ona amnistiya aktı tətbiq olunub və azad edilib.

Bundan sonra aztəminatlı ailə kimi müraciətinə əsasən ona ünvanlı sosial yardım təyin edilib.

Bir neçə aydan sonra Orxan həyat yoldaşından ünvanlı sosial yardım kartını istəyib. Məlum olub ki, onun ailəsinin ünvanlı sosial yardım kartı qayınanasındadır. Buna görə ər və arvad arasında mübahisə başlayıb və Orxanın həyat yoldaşı acıq edərək atasının evinə gedib.

Bir neçə gündən sonra Orxan ailəsinin arxasınca qayınatasıgilə gəlib və o, həyat yoldaşından evə dönməyi xahiş edib. Bu vaxt qayınatası Əsəd Orxanla mübahisə edib. Dava zamanı Əsəd əlindəki bellə Orxana baş və sifət nahiyəsindən xəsarətlər yetirib.

Hadisə yerinə polis əməkdaşları gəlib, Əsəd saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Əsəd 1200 manat cərimələnib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin