Putin Melaniya Trampı TƏRİFLƏDİ

Hazırda oxunan: Putin Melaniya Trampı TƏRİFLƏDİ

644965

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın birinci xanımı Melaniya Trampın Xerson vilayətinin Aleşki şəhərində mülki əhaliyə yardım göstərilməsi üçün humanitar missiyanın təşkilinə verdiyi töhfəni qeyd edib.

Bizim.Media xəbər verir ki, Putin bunu Rusiya-Afrika sammitinin iclasında çıxışı zamanı bildirib.

“Rusiya-Ukrayna münaqişəsi zonasına gəlincə, məhz bu günlərdə ABŞ-ın birinci xanımının dəstəyi ilə mülki əhaliyə yardım göstərilməsi əməliyyatı planlaşdırılıb”, – deyə o bildirib.

Putin həmçinin iddia edib ki, Ukrayna tərəfinin şəhərə gedən yolları minalaması vəziyyəti çətinləşdirib.

“Lakin biz bununla da məşğul oluruq, eyni zamanda Ukrayna böhranının mümkün sülh yolu ilə nizamlanması məsələləri üzərində də işləyirik”, – deyə Rusiya Prezidenti qeyd edib.

Xatırladaq ki, Aleşki şəhəri Dnepr çayının sol sahilində, Xersondan təxminən 5 kilometr məsafədə yerləşir. Yaşayış məntəqəsi döyüş xəttinin bilavasitə yaxınlığındadır və son illərdə mütəmadi olaraq intensiv atəşə tutulub.

Kreml daha əvvəl Aleşkidə ərzaq çatışmazlığı və dərmanların çatdırılması ilə bağlı yaranmış kritik vəziyyət fonunda humanitar əməliyyatın və şəhəri tərk etmək istəyənlərin təxliyəsinin hazırlandığını bildirmişdi.

Ağ Ev oktyabrın 23-də Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs barədə razılıq əldə olunduğunu açıqlayıb. Xerson istiqamətində atəşkəs rejimi oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-da qüvvəyə minib və noyabrın 1-i günün sonunadək davam etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin