"Qızıma deyirəm ki, döz" - VİDEO

Hazırda oxunan: "Qızıma deyirəm ki, döz" - VİDEO

645004

“Qadın dözümlü olmalıdır. Qadından çox şey asılıdır: ailəni saxlamaq, uşaqları tərbiyə etmək".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Oruçova MTV-də qonaq olarkən deyib.

Aktrisa qadınların ailədəki məsuliyyətindən danışıb, qızına verdiyi məsləhətləri bölüşüb:

"Qadın heç də kişidən əskik çalışmır. Amma qadının işi daha çoxdur. Qadın işdən sonra evə gəlir, ev işi, uşaq problemi... Qızıma deyirəm ki, döz. Çox şükür, qızım ağıllıdır. Müdrik qızdır, çox götür-qoy edir, fikirləşir. Amma görürəm ki, düzgün qərar verir”.

Qeyd edək ki, Bilqeyis Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə ailəlidir. Cütlüyün bir övladı var. (axsam.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin