Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO

Hazırda oxunan: Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO

644928

Balakən rayonunun Tülü kəndində yerləşən erkən orta əsrlərə aid Tülü məbədində 2017-2021-ci illərdə arxeoloji qazıntılar aparılıb. Qazıntılar zamanı məbədin altında daha əvvəlki dövrlərə aid iki məbədin qalıqları aşkar edilib.

Bu barədə Bizim.Media-ya açıqlamasında AMEA Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib.

O bildirib ki, tapıntı bölgənin tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

A.Məmmədli qeyd edib ki, son dövrlərdə Alban mədəni irsinin tədqiqi və təbliği istiqamətində dövlət səviyyəsində tədbirlər görülür.

Bu çərçivədə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və icra hakimiyyətinin məsul şəxsləri bölgədəki tarixi abidələrlə tanış olublar.

Görüş zamanı bölgənin turizm potensialının artırılması məqsədilə Alban məbədlərinə baxış keçirilib, tədqiqatçı Akif Məmmədlinin abidələrlə bağlı məlumatları dinlənilib. Rayon rəhbərliyi bu sahənin inkişafı istiqamətində yeni mərhələyə başlanıldığını bildirib.

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin