Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, oktyabrın 30-u dövlət başçısı Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 dünya çempionatı və festivalının finalçılarını mükafatlandıracaq.
Belə ki, sabah FİFA U-15 dünya çempionatı və festivalının final oyunu və rəsmi bağlanış mərasimi keçiriləcək. Prezidentin mükafatlandırma mərasimində iştirakı əvvəlcədən planlaşdırılıb.
Ölkə başçısının tapşırığına əsasən, Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.
Eyni zamanda, Zirvə görüşü çərçivəsində keçiriləcək digər müvafiq tədbirlərdə də Azərbaycan nümayəndələri fəal iştirak edəcəklər.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:27 / 29.10.2026
İlham Əliyev Türkiyədəki görüşdə iştirak edə bilməyəcək
Hazırda oxunan: İlham Əliyev Türkiyədəki görüşdə iştirak edə bilməyəcək
Hazırda oxunan: İlham Əliyev Türkiyədəki görüşdə iştirak edə bilməyəcək
644950
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































