Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Hazırda oxunan: Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

645006

Bakıda dayəyə əmanət edilən uşaq ölüb.

Bizim.Media xəbər verir ki, hadisə Bakının Sabunçu rayonunda baş verib.

Uşağın anası Ayşən İsmayılova deyir ki, ayda 250 manat ödəmək şərtilə övladına dayə tutub. Onun iddiasına görə, ilkin dövrdə dayənin fəaliyyətindən narazı olmasa da, son günlər uşağın nəzarətsiz qalması nəticəsində uşaq bir neçə dəfə yıxılıb.

Hadisədən sonra uşağı dayənin ailəsi xəstəxanaya aparıb. Mərhumun yaxınları dayənin uşağı döydüyünü iddia edir.

Qeyd edək ki, dayənin kimliyi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Məsələ ilə bağlı Baş Prokurorluqdan isə bildirildi ki, araşdırmanın gedişatına uyğun olaraq məlumat veriləcək.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin