Azərbaycan oktyabrın 27-də BMT Təhlükəsizlik Şurasında “Qadınlar, sülh və təhlükəsizlik: növbəti 25 ildə vədlərin icrası” mövzusunda keçirilən açıq debatda münaqişədən sonrakı dövrdə qadın və qızların imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Bizim.Media xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova səsləndirib.
Azərbaycan, həmçinin itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin və humanitar minatəmizləmə işlərinə beynəlxalq dəstəyin gücləndirilməsinin vacibliyini qeyd edib.
Vurğulanıb ki, bu addımlar insanların təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıtmasının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
During the Security Council open debate on “Women, peace and security in the next quarter-century: fulfilling the promise through implementation,” held on 27 October 2026, #Azerbaijan underscored the importance of continuing to advance the empowerment of women and girls in post-conflict settings. In this context, Azerbaijan also stressed the need to clarify the fate of missing persons and strengthen international support for humanitarian demining to ensure safe and dignified returns. #WPS #WomenPeaceSecurity
— Azerbaijan UN (@AzmissionUN) October 29, 2026
Bizim.Media




































































































