Türkiyədə qaya uçqunu: 2 ölü, 1 yaralı var – FOTO-VİDEO

Hazırda oxunan: Türkiyədə qaya uçqunu: 2 ölü, 1 yaralı var – FOTO-VİDEO

644969

Türkiyənin Nevşehir vilayətinin Kapadokiya bölgəsində, Göreme Açıq Hava Muzeyinin girişində “pəri bacası” adlanan qayanın bir neçə parçasının uçması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, hadisə yerinə çoxsaylı tibbi yardım və axtarış-xilasetmə qrupları cəlb olunub.

Nevşehir valisi Hüseyn Kök bildirib ki, oktyabrın 29-da saat 15:15-də güclü yağış nəticəsində torpaq sürüşməsi və qaya uçqunu baş verib. Hadisə nəticəsində dağıntılar altında qalan iki nəfərin meyiti tapılıb, yaralanan bir nəfər isə xəstəxanaya çatdırılıb.

Vali axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Qeyd edək ki, Kapadokiyada 2024-cü ildə qar yağışından sonra tuf süxurlarının boşalması nəticəsində “pəri bacaları”ndan biri uçmuşdu. 2025-ci ildə isə bölgədəki başqa bir “pəri bacası”nda qismən uçqun baş vermişdi. Həmin hadisələrdə insan tələfatı qeydə alınmamışdı.


Türkiyədə qaya uçqunu: 2 ölü, 1 yaralı var – FOTO-VİDEO - foto 1

Türkiyədə qaya uçqunu: 2 ölü, 1 yaralı var – FOTO-VİDEO - foto 2

Türkiyədə qaya uçqunu: 2 ölü, 1 yaralı var – FOTO-VİDEO - foto 3

Türkiyədə qaya uçqunu: 2 ölü, 1 yaralı var – FOTO-VİDEO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin