“Taxt oyunları” serialında Ceymi Lannister obrazını canlandıran danimarkalı aktyor Nikolay Koster-Valdau Kiyevə səfər edib və Rusiya hücumu zamanı gecəni metroda keçirib.
Bizim.Media xəbər verir ki, BMT-nin İnkişaf Proqramının xoşməramlı səfiri kimi Ukraynaya gələn aktyor oktyabrın 28-dən 29-na keçən gecə paytaxt metrosuna baş çəkib. Həmin vaxt Kiyev sakinləri Rusiya zərbələrindən qorunmaq üçün metroda sığınacaq tapıblar.
Koster-Valdau insanlarla söhbət edib. Sərnişinlərdən biri aktyordan avtoqraf istəyib. Daha sonra aktyor gecəni sakinlərlə birgə metro stansiyasında keçirib.
Bizim.Media






































































































