"Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO

Hazırda oxunan: "Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO

644956

Bakıxanov qəsəbəsində fəaliyyət göstərən "Megastore" supermarketindən alınan qida məhsullarının istifadəyə yararsız olduğu üzə çıxıb. Vətəndaş Şahanə Rzayeva sosial şəbəkə hesabında yayımladığı videoda mağazadan aldığı məhsulların hamısının xarab və son istifadə tarixinin keçdiyini bildirərək aidiyyəti qurumlara müraciət edib.  

Şikayətçinin sözlərinə görə, o, mağazadan "Milla" brendinə məxsus 2 ədəd şirin kəsmik və 1 qutu naggets alıb. Evdə məhsulları açarkən onların tamamilə xarab olduğunun şahidi olub:

Xüsusilə azyaşlı uşaqlar üçün nəzərdə tutulan bu cür qidaların xarab olmasının böyük təhlükə yaratdığını vurğulayan vətəndaş haqlı narazılığını dilə gətirib:

"Üç ədəd sırok aldım. Birində heç bir problem çıxmadı, ikisi xarab çıxdı. Hansı ki, bunları uşaqlar yeyir, kiçik uşaqlar üçün hazırlanıb bu sıroklar. Bəlkə kimsə uşağına bu məhsulu verərdi, xəbəri də olmazdı ki, dadı başqadır, zəhərlənib ölərdü uşaq? Yaxud da elə mən... Bəlkə naggets-in kifini heç görməzdim, bişirib yeyərdim, nəsə bir hadisə baş verərdi? Bu nə deməkdir? Hansı məhsulu almışamsa, hamısı xarab çıxıb. Bəlkə mən axırıncı pulumu o mağazaya vermişəm?"

Vətəndaş mağazadakı məhsulların saxlama şəraitinə də sərt reaksiya göstərərək bildirib ki, məhsulların üzərindəki tarixlərin 2027-ci ilə qədər olmasına baxmayaraq, onların xarab çıxması mağazada düzgün saxlama şəraitinə əməl olunmadığını göstərir. 

Məsələ ilə bağlı “Megastore” mağazalar şəbəkəsinin hüquqşünası Bəyəndik Hüseynov Bizim.Media-ya açıqlamasında belə bir halın mağazada baş verməsinin mümkün olmadığını bildirib.

Fakta dair görüntü və qəbzin fotoşəklini təqdim etməyimizə baxmayaraq, mağazadan heç bir açıqlama verilməyib.

Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, istehlakçı dərhal agentliyin 1003 nömrəli qaynar xəttinə müraciət etməlidir:

"Bizə rəsmi müraciət daxil olarsa, dərhal həmin mağazaya baxış keçiriləcək və qanunamüvafiq tədbir görüləcək."

Şikayətçi Şahanə Rzayeva AQTA-nın Qaynar xəttinə şikayət edəcəyini və məsələnin hüquqi müstəvidə araşdırılması üçün addım atacağını bildirib.

Mövzunu diqqətdə saxlayacağıq.



"Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO - foto 1
Ayşəm Rüstəmli , Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin