Yanan maşındakı ata-oğulu son anda xilas etdilər – ANBAAN VİDEO

Hazırda oxunan: Yanan maşındakı ata-oğulu son anda xilas etdilər – ANBAAN VİDEO

638257

Bu gün saat 09:30 radələrində Bakı-Şamaxı yolunun 93-cü km-də xidmət aparan YPX Alayının əməkdaşları hərəkətdə olan “Ford” markalı avtomobildə tüstüləmə müşahidə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
 

Məlumata görə, stasionar postda saxlanılan avtomobildə yanma aşkar edildiyindən dərhal sürücü Kənan Abdullayev və səhhətində problem olan atası nəqliyyat vasitəsindən kənarlaşdırılıb.


Alay əməkdaşlarının çevikliyi sayəsində şiddətlənən alov söndürülüb, avtomobilin tamamilə yanaraq sıradan çıxmasının qarşısı alınıb.

Baş Dövlət Yol Polisi İdarəsi analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərdən avtomobillərinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı, uzaq səfərlərdən öncə onları texniki müayinədən keçirməyi xahiş edir.


 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin