Anaklaudia Rossbax: “Bakıdan edilən çağırışın bütün dünyaya çatdırılması vacibdir”

Hazırda oxunan: Anaklaudia Rossbax: “Bakıdan edilən çağırışın bütün dünyaya çatdırılması vacibdir”

614809

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın Dünya Şəhər Forumunun (WUF13) uğurla təşkilinə görə mühüm rol oynadığını bildirib.

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhər Forumunun (WUF13) bağlanış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

O, Azərbaycanın dayanıqlılığını, qətiyyətini və forumun təşkilinə göstərdiyi yüksək səviyyəli öhdəliyi xüsusi vurğulayıb.

“Azərbaycan dünyaya təkcə qurmaq deyil, həm də yenidən qurmaq və transformasiya etmək bacarığını göstərdi”, – deyə Rossbax qeyd edib.
 

UN-Habitat rəhbəri bildirib ki, son iki il ərzində Azərbaycan tərəfi forumun məzmunlu, innovativ və təsirli şəkildə keçirilməsi üçün yorulmadan çalışıb.


Rossbax həmçinin forumun təşkilində iştirak edən dövlət qurumlarına, BMT əməkdaşlarına, könüllülərə, xidmət təminatçılarına, tərəfdaşlara və media nümayəndələrinə təşəkkür edib.

O vurğulayıb ki, Bakıdan verilən çağırışın bütün dünyaya çatdırılması vacibdir və qlobal şəhər icması əldə olunan bilik, təcrübə və ideyalardan faydalanmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin