Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi dövlət səfəri ilə Azərbaycana gəlməyə dəvət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti mətbuata birgə bəyanat zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Özbəkistanda həyata keçirilən islahatlar, eləcə də Mirziyoyevin israrı və müdrikliyi sayəsində ölkədə əlverişli investisiya mühiti formalaşıb.
"Biz sizin dost və qardaşlarınız olaraq buna səmimi qəlbdən sevinir və əminik ki, qarşınıza qoyduğunuz bütün planlar həyata keçiriləcək. Ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün birlikdə çalışacağıq. Sonda sizi münasib vaxtda dövlət səfəri ilə Azərbaycana gəlməyə dəvət etmək istərdim", – deyə İ. Əliyev bildirib.
Özbəkistan Prezidenti dəvəti qəbul edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:23 / 23.08.2026
Prezident özbəkistanlı həmkarını Azərbaycana səfərə DƏVƏT ETDİ
Hazırda oxunan: Prezident özbəkistanlı həmkarını Azərbaycana səfərə DƏVƏT ETDİ
Hazırda oxunan: Prezident özbəkistanlı həmkarını Azərbaycana səfərə DƏVƏT ETDİ
632638
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































