Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO/VİDEO

632631

Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə baş tutub.
 

Görüş zamanı Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.


Həmçinin iki ölkə arasında həyata keçirilən birgə layihələrin nəticələri və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

İclasda regional və beynəlxalq gündəlikdə duran məsələlərə də toxunulub, Azərbaycan və Özbəkistanın qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığının davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Ali Dövlətlərarası Şuranın iclasları Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli siyasi dialoqun və strateji əməkdaşlığın inkişafında mühüm platformalardan biridir.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin