Prezident: “Özbəkistanın avtomobil sənayesində əldə etdiyi təcrübə Azərbaycana da ötürülür”

Hazırda oxunan: Prezident: “Özbəkistanın avtomobil sənayesində əldə etdiyi təcrübə Azərbaycana da ötürülür”

632646

“Özbəkistanın avtomobil sənayesində əldə etdiyi təcrübə bu gün Azərbaycana da ötürülür”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Prezident İlham Əliyev bildirib.

“Ölkənizin avtomobil sənayesində əldə etdiyi təcrübə bu gün Azərbaycana da ötürülür. İlk layihə artıq reallaşdırılıb, hazırda isə söhbət tam istehsal dövrünün yaradılmasından gedir. Hacıqabulda 80 milyon dollardan çox investisiya qoyulması nəzərdə tutulur. Hazırda ikinci zavod da tikilir və bu müəssisənin ölkəmizin avtomobil sənayesinin inkişafına ciddi təkan verəcəyi gözlənilir”, - deyə dövlət başçısı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin