Qazaxıstanda parlament seçkilərində seçici fəallığı 65,37 faizə çatıb

Hazırda oxunan: Qazaxıstanda parlament seçkilərində seçici fəallığı 65,37 faizə çatıb

632621

Qazaxıstanda yeni birpalatalı parlamentə — Qurultaya keçirilən seçkilərdə saat 16:00-a olan seçici fəallığı 65,37 faizə çataraq 2023-cü ildəki göstəricini üstələyib.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının üzvü Asel Janabilova keçirdiyi brifinqdə məlumat verib.

"Ölkə üzrə saat 16:00-dək 8 milyon 240 min 336 seçici bülleten alıb ki, bu da siyahıya daxil edilənlərin 65,37 faizini təşkil edir", - A.Janabilova bildirib.

Ən düşük fəallıq 36,65 faizlə Almatıda, ən yüksek göstərici isə 81,38 faizlə Qızılorda vilayətində qeydə alınıb. Paytaxt Astanada seçicilərin 46,38 faizi səs verib.

Qeyd edək ki, yeni konstitusiyaya əsasən iki palatalı parlament ləğv edilərək 145 deputatdan ibarət birpalatalı Qurultay yaradılıb.

Seçkilərdə 7 partiya iştirak edir və seçki fəallığı üçün minimum hədd nəzərdə tutulmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin