Qusarın mərkəzi küçələri yenilənir - FOTO

Hazırda oxunan: Qusarın mərkəzi küçələri yenilənir - FOTO

632699

Rayon ərazisində əhalinin rahat yaşayışı və müasir infrastrukturun formalaşdırılması məqsədilə abadlıq-quruculuq və təmir-bərpa işləri ardıcıl olaraq həyata keçirilir.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu istiqamətdə görülən tədbirlər çərçivəsində Mahmud Əbilov küçəsində kompleks abadlıq işləri icra olunub.
 

Küçə boyunca ərazidə təmizlik işləri aparılıb, yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, piyada səkilərinin kənarları bərpa edilib. Bununla yanaşı, küçə boyu yerləşən fərdi yaşayış evləri və iaşə obyektlərinin qarşısındakı hasarların rənglənməsi işləri yekunlaşdırılıb.


Eyni zamanda, şəhərin Nəsimi küçəsinin asfaltlanması işləri başa çatdırılıb. Küçəyə müasir standartlara uyğun yeni asfalt örtüyü döşənib. Abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdiriləcək.









Aytəkin Alxaslı, Bizim.Media. Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin