Noyer tarixdə ən çox titul qazanan alman futbolçu oldu

Hazırda oxunan: Noyer tarixdə ən çox titul qazanan alman futbolçu oldu

632641

“Bavariya”nın qapıçısı Manuel Noyer tarixdə ən çox titul qazanan almaniyalı futbolçu olub.

Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, qolkiper bu uğura ötən gün Almaniya Superkuboku uğrunda qarşılaşmada imza atıb.

“Bavariya”nın 2:1 hesablı qələbəsi ilə başa çatan matçda start heyətində meydana çıxan 40 yaşlı qapıçı 36-cı titulunu qazanıb. Bununla da keçmiş komanda yoldaşı Tomas Mülleri geridə qoyaraq Almaniya futbolunun tarixinə düşüb.
 

Qeyd edək ki, Manuel Noyer 2011-ci ilin iyulundan “Bavariya”nın formasını geyinir. Münxen klubu ilə 13 dəfə Almaniya çempionu olan qapıçı 2 dəfə Çempionlar Liqasında, 2 dəfə isə UEFA Superkubokunda qələbə sevinci yaşayıb. O, 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionluğunu da qazanıb.


Noyer 2024-cü ildə yığmadakı karyerasını başa vurduğunu açıqlasa da, 2026-cı il dünya çempionatında iştirak etmək üçün milli komandaya qayıdıb. Lakin turnir Almaniya yığması üçün uğursuz alınıb. Komanda 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin