Tokayev Qazaxıstan prezident seçkilərinə qatılıb-qatılmayacağından DANIŞDI

Hazırda oxunan: Tokayev Qazaxıstan prezident seçkilərinə qatılıb-qatılmayacağından DANIŞDI

632650

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev gələn il respublika rəhbərliyinə 2029-cu ildə keçiriləcək seçkilərə qatılıb-qatılmayacağına aydınlıq gətirəcək.

Bizim.Media "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan lideri bu barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
 

"Gözlənilən seçkilərə, yaxud sizin ifadə etdiyiniz kimi, seçkilərə gedib-getməyəcəyimə və bunun hansı ildə baş verəcəyinə gəlincə, bu barədə mülahizə yürütmək hələ tezdir. Çünki ölkəmizin qarşısında duran çox sayda tapşırığı yerinə yetirməliyik", - siyasətçi qeyd edib.


İyul ayında Qazaxıstanın Konstitusiya Məhkəməsi respublikanın yeni konstitusiyasının hazırkı prezidentə yenidən namizədliyini irəli sürməyə icazə verəcəyini açıqlamışdı. Dövlətin əsas qanununun yenilənmiş redaksiyasında da əvvəlki versiyada olduğu kimi, eyni şəxsin ardıcıl olaraq birdən çox müddətə bu vəzifəni tuta bilməyəcəyi təsbit edilib. Lakin 2026-cı il konstitusiyasının qüvvəyə minməsindən sonra dövlət başçısı daha bir müddətə seçilmək hüququ qazanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin