İlham Əliyev: “Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir”

Hazırda oxunan: İlham Əliyev: “Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir”

632634

Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Prezident İlham Əliyev bildirib.

“İlk növbədə, sizi, Şavkat Miromonoviç, Özbəkistandakı bütün qardaşlarımızı ölkənin inkişafında, potensialının gücləndirilməsində, həm sosial-iqtisadi sahədə, həm də beynəlxalq arenada əldə etdiyiniz böyük uğurlar münasibətilə təbrik etmək istərdim.

Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir və bu, ilk növbədə, sizin xidmətinizdir. Siz ölkəni inkişaf etdirmək, onun potensialını gücləndirmək, o cümlədən Özbəkistanın beynəlxalq arenadakı rolunu möhkəmləndirmək üçün yorulmadan çalışırsınız”, - deyə dövlət başçısı qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin