İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ tərəfindən tətbiq edilən iqtisadi təzyiqlərə cavab olaraq tədbirlər kompleksi hazırlayıb və Vaşinqtonun sanksiyalarına baxmayaraq, xarici ticarəti davam etdirmək iqtidarındadır.
Bizim.Media xəbər verir ki, bu barədə SEPAH sözçüsü Mohebbi bəyan edib.
Onun sözlərinə görə, Tehran düşmənin hər bir "düşmənçilik əməlinə, o cümlədən İrana qarşı başladılmış iqtisadi müharibənin mənfi fəsadlarına qarşı mübarizə planlarına" hazır ssenarilərinin olduğunu dəfələrlə bəyan edib.
Mohebbi Trampın yeni iqtisadi kampaniyaya başlanılması barədə bəyanatını Vaşinqtonun hərbi məğlubiyyətini dolayısı ilə etiraf etməsi kimi təsvir edib.
SEPAH sözçüsü vurğulayıb ki, İran iqtisadi əməkdaşlığı sözün əsl mənasında ABŞ-nin burnunun ucunda həyata keçirir, Amerika məhdudiyyətlərini uğurla yan keçir və bu fəaliyyətin nəticələri yaxın gələcəkdə bəlli olacaq.
Bizim.Media






























































































