Sabah Cəlilabad rayonunun 30 yaşayış məntəqəsində işıq olmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, buna səbəb yararsız naqillərin yenilənməsi işləridir.
Nəticədə 24 avqust saat 10:00-dan 13:00-dək Cəlilabad rayonu üzrə 2 280 abonentin (Kövüzbulaq, Zəhmətabad, Musalı, Ləkin, Əsədli, Şatırlı, Badamağac və Buravar kəndləri) və 15:00-dan 17:00-dək 9755 abonentin (Göytəpə şəhəri, Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolnoye, Ağdaş, Hacıcavadlı, Çünzəli, Soyuqbulaq, Vənlik, Güneyli, Darlıq, Ağbulaq, Axtaxana, Oğrubulaq, Fətullaqışlaq, Komanlı, Bəcirəvan, Şıxlar, Həziabad və Alaşar kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:53 / 23.08.2026
Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək
Hazırda oxunan: Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək
Hazırda oxunan: Bir şəhər və 29 kənddə işıqlar kəsiləcək
632714
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































