Türkiyə və İran arasında nəhəng layihə: Sərhəddə yeni dəmir yolu tikilir

Hazırda oxunan: Türkiyə və İran arasında nəhəng layihə: Sərhəddə yeni dəmir yolu tikilir

632690

İran və Türkiyə iki ölkənin dəmir yolu şəbəkələrini Çeşmə-Sürəyya sərhəd məntəqəsi vasitəsilə birləşdirəcək yeni layihənin inşasına hazırlaşır.

Bizim.Media xəbər verir ki, "Tasnim" agentliyinin məlumatına görə, Xavaran — Təbriz — Mərənd — Çeşmə-Sürəyya layihəsinin icrasına dair müqavilənin yaxın vaxtlarda imzalanması planlaşdırılır.

İran Dəmir Yollarının baş direktoru Cabbar Əli Zakiri bildirib ki, lazımi razılaşmalar artıq əldə olunub və ilkin araşdırmalar başa çatıb. Onun sözlərinə görə, müqavilənin bağlanması üçün hazırlıq işləri son altı aydır ki, davam edir.
 

Layihə EPC sxemi üzrə (vahid müqavilə çərçivəsində layihələndirmə, avadanlıq təchizatı və tikinti) icra olunacaq. Müqavilə imzalandıqdan sonra podratçı şirkət əlavə araşdırmalar aparacaq, bundan sonra isə ilk altı ay ərzində eyni vaxtda bir neçə sahədə tikinti işlərinə başlanılacaq.


Yeni dəmir yolu xəttinin uzunluğu təxminən 324 kilometr təşkil edəcək. İlkin layihədə bu məsafə 294 kilometr nəzərdə tutulsa da, bütün nəqliyyat dəhlizi boyu vahid texniki tələbləri təmin etmək üçün sonradan artırılıb.

İran Dəmir Yollarının rəhbərinin sözlərinə görə, Çeşmə-Sürəyyanın milli dəmir yolu şəbəkəsinə birləşdirilməsi və ardınca yeni sərhəd məntəqəsi vasitəsilə Türkiyənin dəmir yolu sisteminə qoşulması İran rəhbərliyinin əsas prioritetlərindən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin