Qərbi Nil virusu artıq Avropanın 12 ölkəsində AŞKAR EDİLDİ

Hazırda oxunan: Qərbi Nil virusu artıq Avropanın 12 ölkəsində AŞKAR EDİLDİ

632669

Avropa Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzi (ECDC) bu il Avropanın 12 ölkəsində Qərbi Nil virusuna yoluxma hallarının aşkar edildiyini bildirib.

Bizim.Media xəbər verir ki, qurum Avropa ölkələrini infeksiyanı yayan ağcaqanadlara qarşı mübarizə tədbirlərini gücləndirməyə çağırıb.

Virusun yerli ötürülmə halları Albaniya, Avstriya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Kosovo, Niderland, Şimali Makedoniya, Rumıniya, Serbiya və İspaniyanın 99 regionunda qeydə alınıb. Ən çox xəstələnmə halı İtaliya (311 hal) və Yunanıstandadır (157 hal). Bununla yanaşı, 21 regionda virusa ilk dəfə rast gəlinib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin avqust ayının eyni dövründə yerli yoluxma halları doqquz Avropa ölkəsinin 67 regionunda qeydə alınmışdı.

Avropada insanlarda yoluxma hallarının əksəriyyəti yazın sonundan payıza qədər olan dövrə təsadüf edir. İnfeksiyanın ötürülməsində pik hədd isə adətən iyul-sentyabr aylarında müşahidə olunur.

Qərbi Nil virusu əsasən "Culex" cinsindən olan ağcaqanadlar vasitəsilə ötürülür. Yoluxmuş şəxslərdə xəstəlik qripə bənzər simptomlarla yüngül infeksiya şəklində keçə bilər, lakin ağır hallarda yüksək qızdırma, titrəmə, koma, meningit və ensefalit — beyinin həyat üçün təhlükəli iltihabı inkişaf edir.

Virusun spesifik müalicəsi yoxdur, insanlar üçün təsdiqlənmiş peyvənd isə hələ ki mövcud deyil. Ağır gedişat zamanı xəstələrə dəstəkləyici tibbi yardım göstərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin