Son iki ay ərzində Fransada hökm sürən anomal istilər fonunda 300-ə yaxın insan suda boğularaq həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa ölkəsinin İdman Nazirliyinin rəhbəri Marina Ferrari "France Inter" radiosunun efirində məlumat verib.
Nazir bildirib ki, əldə edilən son məlumatlara görə, iyunun 19-dan bəri 301 nəfər suda boğulub
Qurum rəhbəri vurğulayıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur. Marina Ferrari faciəvi hadisələrin həm açıq su hövzələrində, məsələn, kanallarda, həm də şəxsi hovuzlarda baş verdiyini vurğulayıb.
Fransada bu yay qeydə alınan beşinci isti hava dalğası səbəbindən 78 departamentdə "narıncı" hava təhlükəsi səviyyəsi elan edilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:38 / 23.08.2026
Fransada anomal istilər səbəbindən yüzlərlə insan suda boğulub
Hazırda oxunan: Fransada anomal istilər səbəbindən yüzlərlə insan suda boğulub
Hazırda oxunan: Fransada anomal istilər səbəbindən yüzlərlə insan suda boğulub
632655
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































