Naxçıvanda ağır qəza: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Hazırda oxunan: Naxçıvanda ağır qəza: 4 nəfər xəstəxanalıq oldu - FOTO

632704

Naxçıvan şəhərinin 21-ci məhəlləsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, hadisə zamanı "Mercedes" və "Ssang Yong" markalı avtomobillər toqquşub.
 

Qəza nəticəsində 1958-ci il təvəllüdlü Cəfərova Fatma Cəfər qızı, 1963-cü il təvəllüdlü Cəfərova Rüfət Əyyub qızı, 1981-ci il təvəllüdlü Qəhrəmanova Aliyə Hümbət qızı və 1982-ci il təvəllüdlü Babayeva Gülnarə Məmməd qızı xəsarət alıblar.


Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin