Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

Hazırda oxunan: Xalq artisti Tofiq Bakıxanov VƏFAT ETDİ

632718

Görkəmli bəstəkar, pedaqoq, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri laureatı, Xalq artisti Tofiq Bakıxanov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin ailəsindən məlumat verilib.
 

Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb.


O, ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M. İ. Simberovdan almışdır.

Bəstəkar yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olurdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin