Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət kəsb edir”

Hazırda oxunan: Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət kəsb edir”

632654

“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri tarixi əhəmiyyət kəsb edir”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat bəyanatı zamanı bildirib.

"Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri mübaliğəsiz tarixi əhəmiyyət kəsb edir. Biz bu gün bu barədə dəfələrlə danışdıq, çünki, əslində, imzaladığımız hər şey, razılaşdığımız hər şey ikitərəfli əməkdaşlığın tarixi hadisələridir", - Mirziyoyev deyib.

O vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti ilə əbədi dostluq haqqında müqavilə imzalayıb.

"Təsəvvür edirsiniz, bizim qarşılıqlı münasibətlərimizin səviyyəsi artıq necə yüksəkdir və regionlar, biznes, hökumətlər və parlamentlər arasında necə münasibətlər mövcuddur. Bu, sadəcə bir sənəd deyil. Bu, qarşılıqlı fəaliyyəti dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ümumi gələcək qurmaq üçün birgə istəyimizin təcəssümüdür", - Mirziyoyev deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin