Milli Koordinator: “1000-dən çox media nümayəndəsi WUF13-ü geniş işıqlandırıb”

Hazırda oxunan: Milli Koordinator: “1000-dən çox media nümayəndəsi WUF13-ü geniş işıqlandırıb”

614805

“Dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələr olduqca fəal keçib”.

Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, forum beynəlxalq medianın böyük diqqətini cəlb edib:
 

“1000-dən çox akkreditə olunmuş media nümayəndəsi WUF13-ü geniş şəkildə işıqlandıraraq dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətinin qlobal miqyasda təşviqinə töhfə verib”.


Anar Quliyev qeyd edib ki, WUF13-ün digər mühüm nəticələrindən biri gələcək Ümumdünya Şəhərsalma Forumlarında tətbiq olunacaq səmərəlilik standartlarının yaradılması məqsədilə Bakı Standartının tətbiqinə dair niyyət məktubunun imzalanması olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin