BMT rəsmisi: “Azərbaycanın yenidənqurma təcrübəsi dünya üçün modeldir”

Hazırda oxunan: BMT rəsmisi: “Azərbaycanın yenidənqurma təcrübəsi dünya üçün modeldir”

614775

"Bakıda aparılan müzakirələr əsas həqiqəti bir daha gücləndirdi: mənzil problemi qlobal gündəlikdir, amma yerli fəaliyyətlə həll olunur".

Bizim.Media xəbər verir ki, bu sözləri Ümumdünya şəhərsalma Forumunun (WUF13) rəsmi bağlanış mətbuat konfransında BMT Baş katibinin müavini Amina Mohammedi bildirib.
 

“Yaşayış məntəqələrindən tutmuş böyük şəhərlərə qədər mənzil məsələsinə insan mərkəzli və ləyaqətli yanaşma kimi baxılmalıdır. Bu yanaşma dayanıqlılığı gücləndirir, mədəni, sosial və iqtisadi həyatın canlı mərkəzlərini bərpa edir və gələcəyi insanı mərkəzə qoyaraq formalaşdırır.


Azərbaycanın öz ərazilərində apardığı yenidənqurma, sülhün və inkişafın davamlılığı baxımından infrastrukturun bərpası, icmaların reinteqrasiyası və iqtisadi potensialın açılması üçün bir model kimi çıxış edir.

Dünya bu gün iqlim böhranları, münaqişələr, bərabərsizlik və mənzil təhlükəsizliyi kimi bir-birinə bağlı böhranlarla üz-üzədir. Eyni zamanda artan borc təzyiqləri dövlətlərin maliyyə imkanlarını məhdudlaşdırır və əlçatan mənzil, dayanıqlı infrastruktur və əsas xidmətlərə investisiya qoyuluşunu çətinləşdirir. Bu forum isə çoxtərəfli əməkdaşlığın, çoxsəviyyəli idarəetmənin və yerli fəaliyyətin nə qədər vacib olduğunu bir daha göstərdi".

Rəsmi Nümayəndə gələcək planlardan da bəhs edib:
 

"COP31, ikinci BMT Su Konfransı və iyul ayında Yeni Şəhər Gündəliyinin icmalı kimi mühüm mərhələlər qarşıdadır. Yerli səviyyədə adaptasiya bu prosesdə əsas prioritetlərdən biri olmalıdır. Yeni Şəhər Gündəliyinin qəbulundan sonra müəyyən irəliləyiş əldə olunub, lakin hələ də görüləsi çox iş var. Bakıda nümayiş olunan enerji, tərəfdaşlıqlar və həllər bizə ümid verir.


Bakının çağırışı aydındır: dayanıqlı urbanizasiya etimadını bərpa etmək çoxtərəfli sistemi yeniləmək üçün ən güclü yollardan biridir. Biz Bakından daha inklüziv, dayanıqlı, davamlı və insan ləyaqətini ön plana qoyan şəhərlər və icmalar qurmaq üçün yenilənmiş qətiyyətlə ayrılırıq".

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin