Ukrayna səfiri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hazırda oxunan: Ukrayna səfiri Azərbaycana TƏŞƏKKÜR ETDİ

614612

Xarkov şəhəri Ukraynanın davamlılığının və müqavimətinin əsas simvollarından birinə çevrilib.

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Xarkovda evlərin yenidən qurulması və Gələcək Şəhər" adlı tədbirdə deyib.

Onun sözlərinə götrə, Xarkov Ukraynanın yaşadığını, bərpa olunduğunu və qalib gələcəyini göstərir:

"Şəhər cəbhə xəttinin yaxınlığında yerləşməsinə baxmayaraq fəaliyyətini davam etdirir. İkinci Dünya müharibəsindən sonra ən böyük dağıntıları yaşayırıq. Bu gün biz müharibə davam etdiyi halda bərpadan danışırıq. Ukrayna şəhərlərinin yenidən qurulması üçün beynəlxalq dəstəyin artırılması vacibdir".

Səfir Azərbaycana göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin