BMT-nin Baş katibi: “Əsas hədəf münasib qiymətə mənzil təminatının genişləndirilməsidir”

Hazırda oxunan: BMT-nin Baş katibi: “Əsas hədəf münasib qiymətə mənzil təminatının genişləndirilməsidir”

613885

“Mənzil insan hüququdur və insan ləyaqətinin əsas elementidir. Ümumdünya Şəhərsalma Forumu onu hamı üçün ortaq reallığa çevirmək üçün katalizator olmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Ümumdünya Şəhərsalma Forumunun 13 cü sessiyasının (WUF13) açılış mərasiminin iştirakçılarına videomüraciətində deyib.

O bildirib ki, indi mənzil məsələsini dayanıqlı inkişafın mərkəzinə qoymaq vaxtıdır:
 

"Şəraitsiz mənzillərdə, formal olmayan yaşayış məntəqələrində və gecəqondularda yaşayan xeyli əhali var. Heç bir cəmiyyət bundan sığortalanmayıb. Yeni Şəhər Gündəliyinin 10 illik icmalı mühüm mərhələdir və bu dövrdə əsas diqqət təhlükəsiz, hamıya əlçatan və münasib qiymətə mənzil təminatının genişləndirilməsinə yönəlməlidir".


Qeyd edək ki, Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir. Həmçinin, bir sıra dövlətlərin rəhbərləri və rəsmi nümayəndələri iştirak edirlər.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin